
BAKI, 17 fevral. TELEQRAF
"Kəpəz"in futbolçusu İlkin Qırtımov Azərbaycan Premyer Liqasında XXIII turun "Şamaxı" ilə ev oyununda zədələnib.
Teleqraf xəbər verir ki, 35 yaşlı müdafiəçi matçın 56-cı dəqiqəsində xəsarət alıb.
"Şirlər"in futbolçusu Maykl Tuik əks-hücum zamanı Qırtımovu itələyərək yerə yıxıb. Meydan sahiblərinin futbolçusu oyuna davam etsə də, 62-ci dəqiqədə Elmir Tağıyevlə əvəzlənib.
Qeyd edək ki, hazırda hesab bərabərdir - 1:1.