BAKI, 24 sentyabr. TELEQRAF

Formula 1 üzrə Azərbaycan Qran-prisində ilk sərbəst yürüş başa çatıb.

Teleqraf xəbər verir ki, yürüşün qalibi “Mercedes” komandasının pilotu Corc Rassell (GBR) olub.

“Red Bull”un pilotu Maks Ferstappen (NED) ikinci, “Ferrari”nin pilotu Şarl Lekler (MON) isə üçüncü yeri tutub.

***

12:33

Formula 1 üzrə Azərbaycan Qran-prisinə start verilib.

Teleqraf xəbər verir ki, Qran-prinin ilk sərbəst yürüşü saat 12:30-da başlayıb.

Yürüşdə hər biri iki pilotdan ibarət 10 komanda mübarizə aparır.

Pilotlar bir saat ərzində uzunluğu 6 kilometr olan Bakı Şəhər Halqasında dövrələr vuracaqlar.

Qeyd edək ki, Bakıda keçirilən Qran-pri sentyabrın 26-da başa çatacaq.