BAKI, 29 iyun. TELEQRAF
Formula 1 üzrə mövsümün 11-ci mərhələsi sayılan Avstriya Qran Prisinə yekun vurulub.
Teleqraf xəbər verir ki, Şpilberq halqasında təşkil olunan yarışın qalibi "Maklaren"in Lando Norris olub.
Britaniyalı sürücünün komanda yoldaşı Oskar Piastri ikinci olub. İlk "üçlüy"ü "Ferrari"dən Şarl Lekler qapayıb.
Yeddiqat dünya çempionu, "Ferrari"nin digər pilotu Lüis Hemilton yarışı dördüncü pillədə başa vurub. Hazırkı və dördqat dünya çempionu, "Red Bull" komandasının sürücüsü Maks Ferstappen turnirin ilk dövrəsində "Mersedes"in pilotu Andrea Kimi Antonelli ilə qəzaya uğradığı üçün finişə çata bilməyib.
Qeyd edək ki, Formula 1 üzrə Azərbaycan Qran Prisi 19-21 sentyabrda keçiriləcək.