
BAKI, 16 mart. TELEQRAF
Formula 1 üzrə "Red Bull"un pilotu Maks Ferstappenin rekord seriyası qırılıb.
Teleqraf xəbər verir ki, 27 yaşlı niderlandlı idmançı Avstraliya Qran Prisinin yekun mərhələsində ikinci pilləni tutaraq ardıcıl qələbə seriyasını bitirib.
"Maklaren"dən Lando Norris mövsümün ilk mərhələsinin qalibi olaraq Ferstappenin 1029 günlük liderlik seriyasına son qoyub.
Qeyd edək ki, Maks Ferstappen 2022-ci il mayın 22-də İspaniya Qran Prisini qazandıqdan sonra pilotların reytinq sıralamasına liderlik edirdi.