
BAKI, 7 mart. TELEQRAF
Formula 1 üzrə Azərbaycan Qran Prisi marşal qeydiyyatı proqramına start verilib.
Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkətindən Teleqraf-a verilən məlumata görə, 19-21 sentyabrda keçiriləcək yarışın qeydiyyatından dünyanın harasında yaşamasından asılı olmayaraq yaşı 21-dən yuxarı hər kəs keçə bilər.
Azərbaycan Avtomobil Federasiyası (AAF) bu proqramı uğurla başa vuran hər bir marşalı FIA tərəfindən qəbul olunmuş beynəlxalq rəsmi lisenziya ilə təltif edəcək. Bu lisenziya marşallara yalnız Azərbaycanda deyil, Formula 1 Qran Prisi və digər avtomobil idman yarışlarında iştirak etmək imkanı verəcək.
Xatırladaq ki, ötən il Azərbaycan Qran Prisi zamanı 1500-ə yaxın marşal cəlb edilib, onların 100-dən çoxu əcnəbi olub.
Qeydiyyat üçün link: bakucitycircuit.com/az/marshals