BAKI, 21 fevral. TELEQRAF

İtaliyanın Formula 1 komandası "Ferrari"nin sınaq yürüşü zamanı ağac kəsən azarkeş cərimələnib.

Teleqraf "RacingNews365"ə istinadən xəbər verir ki, həmin şəxs "ictimai yerdə təbiətə ziyan vurduğuna” görə cərimələnib.

Azarkeş Fyorano trasında "Ferrari"nin çəkilişlərini izləyə bilməkdən ötrü qarşısındakı ağacı kəsib.

"Ferrari" çəkiliş gününü bütün F1 komandaların ümumi tədbirindən dərhal sonra keçirməyə qərar verib.

SF-25-in sükanı arxasına ilk keçən monakolu Şarl Lekler olub. O, yürüşlərin yekununda "Kral yarışları"nın əfsanəvi yeddiqat çempionu Mixael Şumaxerin rekorduna yaxınlaşıb.