İyulun 27-də Ermənistanın Tavuş vilayətində dəhşətli avtomobil qəzası baş verib.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan mətbuatına məlumat yayıb.

Saat 17:50 radələrində İrəvan-Sevan-İcevan yolunun 99-cu kilometrliyində, Dilican genişləndirilmiş icmasının inzibati ərazisində "İnfiniti" və "Suzuki" markalı iki minik avtomobili toqquşub.

Qəza nəticəsində ağır yaralanmış 12 nəfər İcevan tibb mərkəzinə yerləşdirilib.

Yaralılardan biri ölüb.