Ermənistanın xarici borcu 30 iyun 2021-ci il tarixinə 31 dekabr 2020-ci illə müqayisədə 10.2% artaraq 6.6 milyard dollar təşkil edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın Statistika Komitəsi məlumat yayıb.
Məlumata görə, ötən ilin sonunda xarici borc təxminən 6 milyard dollar təşkil edib.
Qeyd olunub ki, Ermənistanın daxili borcu isə təxminən 1.1 milyard dollardır.