Ermənistanın baş nazir müavini vəzifəsini icra edən Tiqran Avinyan hökumətin gələcək tərkibində heç bir vəzifə tutmayacaq.

Teleqraf.com xəbər verir ki, bu barədə “Joqovurd” qəzeti yazır.

Qeyd olunur ki, T.Avinyan siyasətdən özəl sektora getdiyi üçün heç bir vəzifə tutmaq niyyətində deyil.

Bildirilir ki, o yaxın dostu Varaq Siseryanı özəl kompaniyalardan birinə yerləşdirib. İndi isə özü də ora keçməyə qərar verib. Söhbət Avinyanın rəhbər vəzifəsini tutmaq istədiyi telekommunikasiya şirkətindən gedir. Eyni zamanda, baş nazir müavini vəzifəsini icraçısı öz komandasını hökumətdən geri çəkmək və şirkətdə işlə təmin etmək niyyətindədir.

Qeyd edək ki, T.Avinyanın adı hakim “Vətəndaş razılaşması” partiyasının seçki siyahısına daxil edilməyib. Onun İrəvan şəhər meri vəzifəsinə iddia etdiyi barədə şayiələr yayılmışdı, ancaq onun parlamentin deputatı və böyük sahibkarlıq fəaliyyət ilə məşğul olan Xaçatur Sukiasyanın simasında güclü rəqibi var.