BAKI, 24 sentyabr. TELEQRAF

Qırğızıstan Joqorku Keneşi (parlament) növbəti Prezident seçkilərinin 2027-ci il yanvarın 27-də keçiriləcəyini təsdiqləyib.

Teleqraf xəbər verir ki, bu barədə ölkənin ali qanunvericilik orqanının mətbuat xidməti məlumat verib.

Deputatlar “Qırğızıstan Respublikasında Prezident seçkilərinin təyin edilməsi haqqında” qərar layihəsini nəzərdən keçirərək qəbul ediblər. Qırğızıstan Respublikasında növbəti prezident seçkiləri hazırkı prezidentin səlahiyyət müddətinin bitdiyi ilin yanvar ayının dördüncü çərşənbə günü keçirilir.

Təqvimə görə, 2027-ci il yanvar ayının dördüncü çərşənbə axşamı 27 yanvardır.