Ermənistan polisi Kacaran şəhər merinin evində və Zəngəzur kombinatında axtarış aparır.

Teleqraf.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə vəkil Robert Ayrapetyan bildirib.

O bəyan edib ki, Kacaran merinin evində və Zəngəzur Mis-Molibden zavodunda axtarış aparılır. Vəkil polisin bu addımını şou adlandırıb.

Qeyd edək ki, Kacaran tarixi Azərbaycan torpağı olan Zəngəzurda yerləşir. Şəhər meri Nikol Paşinyana qarşı tənqidi mövqeyi ilə tanınır.