Ermənistanın sabiq müdafiə naziri, Xocalı cəlladı Seyran Ohanyana cinayət işi açılıb.

Teleqraf.com xəbər verir ki, topal nazir dövlət obyektini özününküləçdirməkdə ittiham olunur.

Nazir vəzifəsindən sui-istifadə də günahlandırıln Ohanyana 3 maddə ilə ittiham olunur.

Topal Ohanyan ZAO “Dzora SES”-i özəlləşdirməklə dövlətə küllü miqdarda ziyan vurub.

Ermənistanın Xüsusi İstintq İdarəsi bildirib ki, bu işə qarışan daha beş nəfərin istintaqı başa çatıb. Seyran Ohanyandan başqa Dövlət Xidmətləri Tənzimləmə Komissiyasının keçmiş sədri Robert Nazaryan, onun müavini Nikolay Qriqoryan, komissiya üzvləri Şiraz Kirakosyan və Museq Koşetsyana qarşı da ittiham irəli sürülüb.