Ermənistan Silahlı Qüvvələrinin hərbi qulluqçusu Roman Qrişayeviç Baqdasaryanın meyiti tapılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edilir ki, Baqdasaryanı mayın 14-də saat 07:00-da asılmış vəziyyətdə tapıblar.

İstintaq aparılır.

Ermənistan Müdafiə Nazirliyinin məlumatına görə, o, 2020-ci ildə xidmətə çağırılıb.