BAKI, 3 aprel. TELEQRAF

“Təhsildə geniş quruculuq işləri həyata keçirilib, lakin bununla yanaşı problemlər hələ də qalmaqdadır. Son 5 ildə həm ali, həm də peşə təhsilinə qəbul olunanların sayı artıb. Hər iki istiqamətdə imkanlar və əhatəlilik genişlənib, xüsusilə peşə təhsilinə maraq nəzərəçarpacaq dərəcədə yüksəlib”.

Teleqraf xəbər verir ki, bu fikirləri elm və təhsil nazirinin müavini Kənan Kərimzadə Lənkəran Peşə Təhsil Mərkəzində təşkil olunan mediatur zamanı səsləndirib.

O bildirib ki, peşə təhsili sisteminin təşkili və əhatə dairəsinin artırılması məqsədilə əlavə olaraq 11 min tələbənin cəlb olunması və yeni peşə təhsil mərkəzlərinin yaradılması hədəflənir.