BAKI, 14 may. TELEQRAF

Təhsil İnstitutu mayın 18-də keçiriləcək VI sinifdə təhsil alan şagirdlərin tədris dili, riyaziyyat və təbiət fənləri üzrə monitorinqinin çərçivə sənədini təqdim edib.

Bu barədə Teleqraf-a İnstitutdan məlumat verilib.

Bildirilib ki, bu çərçivə sənədi VI sinifdə təhsil alan şagirdlərin riyaziyyat, tədris dili və təbiət fənləri üzrə monitorinqinin (bundan sonra monitorinq) aparılma qaydalarını müəyyən edir:

"Ümumi təhsil müəssisələrində təhsilalanların monitorinqi şagirdlərin ibtidai təhsil səviyyəsi ilə ümumi orta təhsil səviyyəsi arasında inkişaf dinamikasını ölçmək, təhsil nailiyyətlərini monitorinq etmək məqsədi daşıyır. Ümumi təhsil müəssisələrinin VI sinfində təhsil alan şagirdlərin monitorinqi Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən aparılır. VI siniflərdə aparılan monitorinqin qaydaları: monitorinq olunan fənlər, təhsilalanlara təqdim edilən tapşırıqların növü, tapşırıqların çətinlik səviyyəsi, ölçülən səriştələr, təlim nəticələri, tapşırıqların sayı, monitorinqin davametmə müddəti, monitorinqin keçiriləcəyi vaxt və digər məsələlər Təhsil İnstitutu və Elm və Təhsil Nazirliyi tərəfindən birgə müəyyən edilir",- məlumatda qeyd olunub.

Çərçivə sənədi ilə bu link vasitəsilə tanış ola bilərsiniz.