BAKI, 13 fevral. TELEQRAF

Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən 280 nömrəli orta məktəbin ərazisində şagirdlər arasında kütləvi baş verib.

Bu barədə Bakı şəhəri üzrə Təhsil İdarəsindən Teleqraf-ın sorğusuna cavab olaraq bildirilib.

Qeyd olunur ki, şagirdə qarşı məktəbdən kənar ərazidə fiziki təzyiqlə bağlı yayılmış görüntülər araşdırılır.

"İctimaiyyətdən araşdırma aparıldığını nəzərə alaraq, məsələyə daha həssas yanaşması, hadisə barədə rəsmi qurumların açıqlamalarına istinad edilməsi xahiş olunur. Bu kimi məsələlərin həllində uşaqların psixoloji zərər görməməsi əsas amil kimi diqqət mərkəzində saxlanılır", - məlumatda bildirilib.