BAKI, 23 sentyabr. TELEQRAF

"Gəncə" basketbol klubu baş məşqçi Halil Atlı ilə müqaviləni yeniləyib.

Bu barədə Teleqraf-a klubun mətbuat xidmətindən məlumat verilib.

38 yaşlı türkiyəli mütəxəssislə bir illik sözləşmə imzalanıb.

Qeyd edək ki, Halil Atlı ötən mövsüm "Gəncə"ni Azərbaycan Kubokunun finalına və pley-offa daşıyıb.