BAKI, 10 sentyabr. TELEQRAF

Sentyabrın 9-da Azərbaycan və Vyetnam komandaları arasında onlayn yoldaşlıq görüşü keçirilib.

Teleqraf Azərbaycan Şahmat Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, 8, 10 və 12 yaş kateqoriyasında yığma üzvlərin iştirak etdiyi yarış komandamızın 7:5 hesablı qələbəsiylə başa çatıb.

Azərbaycan komandasının heyətində Nazlı Rüstəmli, Mehriban Əhmədli, Fatimə Mirzəliyeva, Kənan Babasoy,Atilla Orman və Nurlan Əzizli təmsil olunub.

Yoldaşlıq görüşü Qazaxıstanda keçiriləcək Avropa çempionatına hazırlıq məqsədi daşıyır.