BAKI, 28 avqust. TELEQRAF

Qadın voleybolçular arasında keçirilən dünya çempionatında qrup mərhələsinə yekun vurulub.

Teleqraf xəbər verir ki, Taylandda baş tutan birincilikdə 16 komanda pley-offa vəsiqə qazanıb.

Türkiyə yığması 1/8 finalda Sloveniya ilə qarşılaşacaq. Görüş sentyabırın 1-də keçiriləcək.

Pley-off mərhələsinin oyunlarına avqustun 29-da start veriləcək. Dünya çempionatına sentyabrın 7-də yekun vurulacaq.