Əfqanıstanın şərqində yerləşən Nanqarhar vilayətindəki NATO bazasına hücum olub.

Nanqarhar polis rəisi Məhəmməd Həsən bildirib ki, hadisə Əfqanıstan və Pakistan sərhədindəki Torhem şəhərində baş verib. Üç hücumçudan biri bazanın giriş hissəsində avtomobili yandırıb, digər iki nəfər isə içəriyə daxil olaraq bazanı atəşə tutub.


Təxminən üç saat davam edən qarşıdurmada təcavüzkarlar polislər tərəfindən öldürülüb. Bir məlumata görə isə, baş verən hücum zamanı 40 avtomobil yandırılıb.


Xatırladaq ki, Əfqanıstanın Daxili İşlər naziri Siddiq Siddiqi bildirib ki, ölkənin təhlükəsizlik əməkdaşlarına və NATO-nun heyət üzvlərinə heç bir zərər yetirilməyib./axar/