Misirin paytaxtı Qahirədə iki polis maşını partladılıb, nəticədə 3 nəfər yaralanıb.

Trend-in RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, hadisə paytaxtın Giza rayonunda baş verib.

Hadisə şahidlərinin sözlərinə görə, polis maşınlarının keçməsindən bir qədər əvvəl naməlum şəxslər yolda partlayıcı qurğular qoyublar.