BAKI, 13 mart. TELEQRAF
İngiltərənin "Çelsi" klubu futbolçusu Ris Ceymslə müqaviləni yeniləyib.
Teleqraf xəbər verir ki, "zadəganlar" komandanın kapitanı ilə müddəti 2032-ci ilin yayına qədər olan sözləşmə imzalayıb.
26 yaşlı müdafiəçinin əvvəlki müqaviləsi 2028-ci ilin iyununa qədər idi.
Qeyd edək ki, Ris Ceyms "Çelsi"nin yetirməsidir. O, bu mövsüm Premyer Liqada 26 oyunda meydana çıxıb, iki qol vurub və dörd məhsuldar ötürmə edib.