BAKI, 13 mart. TELEQRAF
Ukrayna Silahlı Qüvvələrinin 3-cü Ordu Korpusunun komandiri briqada generalı Andrey Biletskiyə qarşı sui-qəsd hazırlayan Rusiya agenti saxlanılıb.
Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidməti məlumat yayıb.
Şübhəli cəbhə zonasında Ukrayna ordusunun generalının olduğu yerə PUA ilə zərbə endirməyə hazırlaşırmış.