BAKI, 13 mart. TELEQRAF

"İşğaldan azad edilmiş ərazilərdə 2022-ci ilin iyul ayında aparılan monitorinqin nəticələrinə görə, məhdud sayda da olsa, nəsli kəsilməkdə olan bəzi canlıların həyat izləri qeydə alınıb".

Teleqraf-ın Zəngilana ezam olunmuş müxbiri xəbər verir ki, bunu AMEA-nın vitse prezidenti, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun direktoru İradə Hüseynova İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə İşçi qrupunun növbəti iclasında deyib.

O bildirib ki, bunlar krevetka, yengəc, 30-a qədər bulaqçı sürfəsi, 4 fərd balıq - Şərq qıjovçusu və Qafqaz gümüşcəsi olub.

"2022-ci ilin oktyabr ayında aparılan monitorinqin nəticələrinə görə isə, balıq, amfibi və həşərat sürfələrinin kütləvi şəkildə yoxa çıxması qeydə alınıb. 3 stasionar nöqtənin heç birində praktik olaraq balıq və onurğasız heyvanların nümayəndələrinə rast gəlinməyib. Bu, çayda periodik zəhərlənmə prosesinin baş verdiyini sübut edir", - İ. Hüseynova vurğulayıb.