BAKI, 13 mart. TELEQRAF
"Qarabağ" klubu ayrılığı rəsmən açıqlayıb.
Teleqraf xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
***
13:52
"Qarabağ"ın futbolçusu Kris Kuaku komandadan ayrılmağa yaxındır.
Teleqraf "Sa.no" saytına istinadən xəbər verir ki, kot-d'ivuarlı yarımmüdafiəçisi karyerasını Norveçdə davam etdirməyə hazırlaşır.
26 yaşlı futbolçu yaxın vaxtlarda "Sarpsborq 08" klubunun oyunçusu kimi təqdim olunacaq.
Tərəflərin bütün detallarda razılığa gəldiyi və Kuakunun artıq Norveçə yola düşdüyü bildirilir. Transferin rəsmiləşməsi üçün yalnız tibbi müayinə qalıb ki, onun da bu gün baş tutacağı gözlənilir.
Qeyd edək ki, "Qarabağ"a ötən yay Portuqaliyanın "Mafra" klubundan gələn Kuaku Ağdam təmsilçisində kifayət qədər oyun şansı qazana bilməyib.