ZƏNGİLAN, 13 mart. TELEQRAF

Ötən il Qarabağ iqtisadi rayonunda çayların illik su ehtiyatı 831.7 kubmetr təşkil edib.

Teleqraf-ın Zəngilana ezam olunmuş müxbiri xəbər verir ki, bunu AMEA-nın vitse prezidenti, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun direktoru İradə Hüseynova İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə İşçi qrupunun növbəti iclasında deyib.

O bildirib ki, Şərqi Zəngəzurda çayların illik su ehtiyatı isə 1622.6 kubmetr təşkil edib.

"Bu ərazilərin çay suları ölkənin daxili su ehtiyatlarının təxminən 24%-ə bərabərdir", - o vurğulayıb.