BAKI, 13 mart. TELEQRAF

2025-ci ildə Azərbaycan hökumətinin apardığı siyasət nəticəsində əhalinin rifah səviyyəsinin təmin edilməsi istiqamətində əhəmiyyətli işlər görülüb.

Teleqraf xəbər verir ki, bunu deputat parlamentdə Nazirlər Kabinetinin 2025-ci il üzrə hesabatının müzakirəsi zamanı deyib.

O qeyd edib ki, indiki qlobal qeyri-müəyyənlik və qiymət artımı fonunda əmək haqları və pensiyaların artırılması, həmçinin iqtisadi sabitliyin qorunması heç də asan iş deyil.

Deputatın sözlərinə görə, hökumətin əhalinin həyat səviyyəsinin yüksəldilməsi istiqamətində gördüyü əsas işlərdən biri Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləridir.

Əli Əhmədov qeyd edib ki, son illər Azərbaycanda əhalinin artım tempində azalma müşahidə olunur: "Əvvəllər Azərbaycanda 160 mindən artıq uşaq doğulduğu halda 2025- ci ildə bu göstərici 100 minin altında olub. Ötən il Azərbaycan məktəblərində 1.5 -1.6 milyon uşaq təhsil alırdısa indiki templə davam etsə bir neçə ildən sonra məktəblərdə oxuyanların sayı 1 milyon ancaq olacaq. Bu da xeyli müəllim heyətinin ixtisarına səbəb olacaq.

Eyni zamanda düşünürəm ki, bir neçə ildən sonra pensiya alan əhali ilə işləmək qabiliyyətində olan əhali nisbətində ciddi dəyişiklik olacaq.
Bu həm iqtisadiyyatımıza həm də sosial vəziyyətimizə təhlükə törədir.Güman edirəm ki, 2026 və sonrakı illərdə Əli müəllim, sizin başçılığınızla hökumətin demokrafik məsələlərə diqqəti artmış olacaq".