ZƏNGİLAN, 13 mart. TELEQRAF

2021-2022-ci illərdə Oxçuçayda kimyəvi çirklənmə səviyyəsi araşdırılıb.

Teleqraf-ın Zəngilana ezam olunmuş müxbiri xəbər verir ki, bunu AMEA-nın vitse prezidenti, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun direktoru İradə Hüseynova İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə İşçi qrupunun növbəti iclasında deyib.

O bildirib ki, tədqiq edilən su mənbələri içməli su kimi istifadəyə tamamilə yarasızdır. İradə Hüseynovanın sözlərinə görə, həmin ərazilər ciddi antropogen çirklənməyə məruz qalıb.