Rusiya Prezidenti Vladimir Putinin ölkəsinin ötən il ilhaq etdiyi Krımı ziyarət etməsi Ukrayna rəhbərliyinin ciddi narazılığına səbəb olub.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, Ukrayna prezidenti Petro Poroşenko rusiyalı həmkarını sərt tənqid edib.

O, dünən Putinin Krımın Yalta şəhərində keçirdiyi görüşlərini belə qiymətləndirib: "Putin bu addımı ilə Ukraynanın şərqindəki təzyiqi artıracağına işarədir. Ukrayna rəhbərliyinin razılığı olmadan Putinin Krımı ziyarət etməsi, onun dünyaya meydan oxuması deməkdir".

Samir