BAKI, 29 noyabr. TELEQRAF
Somali dəniz quldurları daha əvvəl Ədən körfəzində ələ keçirdikləri Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) məxsus “MV Marsa Virgo” ticarət gəmisini azad ediblər.
Teleqraf xəbər verir ki, bu barədə “Garowe” portalı Somalinin Puntlend bölgəsinin polisinə istinadən məlumat yayıb.
BƏƏ-nin “Marsa Ocean Shipping” şirkətinə aid olan və Panama bayrağı altında üzən gəminin heyət üzvləri xəsarət almayıb. Gəmi nəzərdə tutulan marşrut üzrə hərəkətini davam etdirib.