BAKI, 29 noyabr. TELEQRAF

Azərbaycan Premyer Liqasının XIII turunda daha bir qarşılaşma başa çatıb.

Teleqraf xəbər verir ki, “Şamaxı” doğma meydanda “Qəbələ” ilə üz-üzə gəlib. Şamaxı şəhər stadionunda keçirilən görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Ev sahiblərinin qollarını 11-ci dəqiqədə Ayman Buəli, 61-ci dəqiqədə isə Edqar Adilxanov vurub.

Bu qələbədən sonra xallarını 17-yə çatdıran “Şamaxı” turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb. 11 xalı olan “Qəbələ” isə 9-cu sırada qalıb.

Qeyd edək ki, XIII turun əvvəlki oyunlarında “Şəfa” “İmişli”ni (3:1), “Neftçi” “Zirə”ni (1:0), “Turan Tovuz” “Kəpəz”i (2:1), “Sabah” isə “Araz-Naxçıvan”ı (2:1) məğlub edib.