BAKI, 27 noyabr. TELEQRAF
Ukrayna elektrik enerjisi ixracını tamamilə dayandırıb, idxal isə iyunun ortalarından bəri ən yüksək səviyyəyə çatıb.
Teleqraf xəbər verir ki, bu barədə Ukrayna İqtisadi Strategiya Mərkəzi məlumat yayıb.
Bildirilib ki, buna səbəb ölkənin enerji infrastrukturuna dəyən zərərdir. Noyabrın 20-dən sonra vəziyyət daha da pisləşib.
Bəzi bölgələrdə elektrik enerjisinin verilişində fasilələr gündə 12 saatdan çox davam edir.