BAKI, 21 noyabr. TELEQRAF

İranın tələbləri yerinə yetirilməyənədək Hörmüz boğazının açılması məsələsi gündəmdə deyil.

Teleqraf xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi dövlət televiziyasına bildirib.

“Bizim mövqeyimiz aydındır: İranın tələbləri yerinə yetirilənə qədər Hörmüz boğazı və onun açılması məsələsi əhəmiyyətsizdir”, - deyə o əlavə edib.

Əraqçinin sözlərinə görə, Tehran həmişə müdafiəyə hazır olduğu kimi, danışıqlara da hazır olduğunu bildirib. Nazir qeyd edib ki, Qətər nümayəndə heyətinin Tehrana səfəri qeyri-adi hal deyil. İran və ABŞ arasında vasitəçilər müntəzəm olaraq səfərlər edir, ideya və təkliflərini çatdırırlar.