BAKI, 21 noyabr. TELEQRAF

Finlandiya körfəzində Kalininqrada doğru hərəkət edən yük gəmisinə iki PUA ilə hücum edilib.

Teleqraf xəbər verir ki, bu barədə Leninqrad vilayətinin qubernatoru Aleksandr Drozdenko “Max” sosial şəbəkəsində məlumat verib.

“Finlandiya körfəzinin neytral sularında, Rusiya Federasiyasının sərhədindən üç dəniz mili məsafədə Kalininqrad şəhərinə doğru hərəkət edən yük gəmisinə iki pilotsuz uçuş aparatı (PUA) ilə hücum edilib”, – deyə o yazıb.

Qubernatorun sözlərinə görə, gəminin heyətinin təxliyəsi həyata keçirilir və hadisənin nəticələri dəqiqləşdirilir.

Qeyd edək ki, Finlandiya Silahlı Qüvvələri sosial şəbəkədə yaydığı məlumata görə, körfəzin şərq hissəsində hava və dəniz hərəkətinə məhdudiyyətlər tətbiq edilib.

Məlumata görə, səhər saatlarında müvəqqəti məhdudlaşdırıcı zonalar yaradılıb. Aviasiya üçün məhdudiyyətlər yerli vaxtla saat 04:15-də, dəniz ərazisi üçün isə saat 04:20-də qüvvəyə minib.