GƏDƏBƏY, 21 noyabr. TELEQRAF

Gədəbəydə 6 yaşlı uşağın xəsarət alması ilə nəticələnən qəza baş verib.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, hadisə rayonun Qaradağ kəndi ərazisində qeydə alınıb. 2020-ci il təvəllüdlü S. Həsənovu avtomobil vurub.

Azyaşlı xəstəxanalardan birinə çatdırılıb, onun vəziyyəti kafidir.

İlkin məlumata görə, hadisə ehtiyatsızlıqdan baş verib.

Faktla bağlı araşdırma başlanılıb.