BAKI, 21 noyabr. TELEQRAF

Rusiya qoşunlarının Ukraynanın Krivoy Roq şəhərinə raket zərbəsi endirməsi nəticəsində 2 nəfər ölüb, 42 nəfər yaralanıb.

Teleqraf xəbər verir ki, bu barədə şəhərin Müdafiə Şurasının rəhbəri Aleksandr Vilkul məlumat verib.

Onun sözlərinə görə, həlak olanlar 20 yaşlı qız və 7 yaşlı oğlandır. Yaralananlardan 4-ü uşaq olmaqla, 27 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Raket hücumu nəticəsində 23 çoxmənzilli yaşayış binasına, tibb müəssisəsinə və kommersiya obyektlərinə ziyan dəyib.

Hadisə yerində xilasedicilər və təcili yardım briqadaları çalışır. Hücumun nəticələrinin aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir.