BAKI, 21 noyabr. TELEQRAF

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazı üzərində ABŞ-yə məxsus MQ-9 tipli pilotsuz uçuş aparatını (PUA) vurduğunu bəyan edib.

Teleqraf xəbər verir ki, bu barədə İranın IRNA agentliyi SEPAH-ın açıqlamasına istinadən məlumat yayıb.

“Bir saat əvvəl ABŞ ordusuna məxsus 58-ci MQ-9 pilotsuz uçuş aparatı Hörmüz boğazı üzərində SEPAH-ın yeni hava hücumundan müdafiə sistemi tərəfindən aşkarlanaraq vurulub”, – açıqlamada bildirilib.

ABŞ tərəfi hələlik məlumatı təsdiqləməyib.