BAKI, 2 noyabr. TELEQRAF
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov ölkəsinin Türk Dövlətləri Təşkilatının (TDT) fəaliyyətində iştirakını məqsədəuyğun və təbii hesab edir.
Teleqraf xəbər verir ki, bu barədə D.Peskov Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin son təşəbbüsünü şərh edərkən bildirib.
Dmitri Peskov Rusiyanın bir sıra regionlarında türk xalqlarının yaşadığını və bu baxımdan ölkənin təşkilatın fəaliyyətində iştirakının məntiqli olduğunu deyib.
O qeyd edib ki, Rusiya hələ Türk Dövlətləri Təşkilatına qoşulmaq üçün rəsmi dəvət almayıb.