BAKI, 1 noyabr. TELEQRAF
İran ABŞ-nin kifayət qədər rasional davranaraq digər variantlarla müqayisədə diplomatiyaya üstünlük verəcəyinə ümid edir.
Teleqraf xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi bəyan edib.
“Biz əlimizdən gələni edirik və ümid edirik ki, qarşı tərəf (ABŞ) digər yollardansa diplomatiyaya üstünlük vermək üçün kifayət qədər rasional davranacaq. Lakin biz digər variantlara da tam hazırıq”, – deyə o, İran dövlət televiziyasına müsahibəsində bildirib.
Əraqçinin sözlərinə görə, İranın silahlı qüvvələri əvvəlki iki müharibə ilə müqayisədə xeyli güclənib. O, ölkənin həm diplomatiyaya, həm də müdafiəyə tam hazır olduğunu vurğulayıb.
Nazir əlavə edib ki, İranın ali rəhbərinin mesajı ölkənin iradəsini aydın şəkildə nümayiş etdirib, hazırda silahlı qüvvələrin qarşısında duran vəzifələr də tam müəyyənləşdirilib.