BAKI, 1 noyabr. TELEQRAF

Latviyanın Kraslava və Ludza rayonlarında elan edilmiş mümkün hava təhlükəsi aradan qalxıb.

Teleqraf xəbər verir ki, bu barədə Latviyanın milli ictimai yayım portalı LSM məlumat yayıb.

Bildirilib ki, Latviya Silahlı Qüvvələri Kraslava və Ludza rayonlarında mümkün hava təhlükəsi ilə bağlı xəbərdarlığın ləğv olunduğunu elan edib.

Hərbçilərin məlumatına görə, naməlum obyekt Latviya-Rusiya sərhədini keçdikdən sonra ölkənin hava məkanını tərk edib.