BAKI, 2 noyabr. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp növbəti dəfə prezidentliyə namizəd olmaq istədiyini, lakin ölkə qanunvericiliyinin buna imkan vermədiyini açıqlayıb.
Teleqraf xəbər verir ki, Tramp bu barədə “New York Post” qəzetinə müsahibəsində danışıb.
“İmkanım olsaydı, böyük məmnuniyyətlə yenidən namizədliyimi irəli sürərdim. Lakin qanunun müddəaları olduqca aydındır”, – ABŞ lideri bildirib.
Qeyd edək ki, ABŞ Konstitusiyasına 22-ci düzəlişə əsasən, eyni şəxs iki dəfədən artıq prezident seçilə bilməz.
Tramp müsahibəsində Konqresə keçiriləcək aralıq seçkilərin mümkün nəticələrinə də toxunub.
O bildirib ki, Demokratlar Partiyası Konqresin hər hansı palatasında çoxluğu əldə edərsə, prezidentin veto hüququndan fəal şəkildə istifadə edəcək.