BAKI, 2 noyabr. TELEQRAF
Hörmüz boğazında iki neft tankeri dəniz minalarına düşüb.
Teleqraf xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) məlumat yayıb.
Bildirilib ki, tankerlər Hörmüz boğazında İran tərəfindən icazə verilməyən marşrutla hərəkət edərkən minalara düşüblər.
SEPAH-ın açıqlamasına görə, gəmilərdən biri supertanker sinfinə aiddir və partlayış nəticəsində yanğın baş verib.
Hadisə nəticəsində xəsarət alanlar və gəmilərə dəyən ziyanın miqyası barədə hələlik məlumat verilməyib.