BAKI, 2 noyabr. TELEQRAF
ABŞ-nin Florida ştatının Palm Biç şəhərində təyyarə küçələrdən birinə düşüb.
Teleqraf xəbər verir ki, bu barədə yerli “Boca News” portalı mənbələrinə istinadən məlumat yayıb.
Təyyarənin hansı növə aid olduğu hələlik məlum deyil. Portalın dərc etdiyi fotoda təyyarənin düşməsi nəticəsində yerdə yaranan çuxur və hadisə yerində baş verən yanğın görünür.