BAKI, 2 noyabr. TELEQRAF

Bolqarıstanda keçirilən prezident seçkilərinin ikinci turunun ilkin nəticələrinə əsasən, İliyana Yotova qələbəyə yaxındır. Onun rəqibi Andrey Gyurov artıq məğlubiyyətini qəbul edib.

Teleqraf xəbər verir ki, bu barədə “Associated Press” (AP) agentliyi məlumat yayıb.

Bolqarıstan Mərkəzi Seçki Komissiyasının açıqladığı ilkin rəsmi nəticələrə görə, protokolların 17,39 faizinin işlənməsindən sonra İliyana Yotova 57,943 faiz, Andrey Gyurov isə 39,007 faiz səs toplayıb.

“Alpha Research” şirkətinin bTV telekanalı üçün keçirdiyi ekzitpolun nəticələri də Yotovanın üstünlüyünü təsdiqləyir. Sorğuya əsasən, Yotova seçicilərin 52,5 faizinin, Gyurov isə 43,4 faizinin dəstəyini qazanıb.

AP-nin məlumatına görə, ilkin nəticələrdən sonra Andrey Gyurov məğlubiyyətini qəbul edib.

Yekun nəticələr təsdiqlənərsə, İliyana Yotova Bolqarıstan tarixində birbaşa seçki yolu ilə prezident seçilən ilk qadın olacaq.

Qeyd edək ki, noyabrın 1-də keçirilən ikinci turda prezidentliyə namizəd İliyana Yotova vitse-prezidentliyə namizəd Kiril Vılçevlə, Andrey Gyurov isə Georgi Kandevlə birlikdə seçkiyə qatılıb.

Hazırda səslərin hesablanması davam edir. Bolqarıstan Mərkəzi Seçki Komissiyasının yekun nəticələri açıqlaması gözlənilir.

01:38

***

Bolqarıstanda keçirilən prezident seçkilərinin ikinci turunda İliyana Yotova liderlik edir.

Teleqraf xəbər verir ki, bu barədə Bolqarıstan Mərkəzi Seçki Komissiyasının açıqladığı ilkin rəsmi nəticələrdə bildirilib.

Məlumata görə, prezidentliyə namizəd İliyana Yotova və vitse-prezidentliyə namizəd Kiril Vılçev seçicilərin 57,943 faizinin səsini qazanıblar.

Onların rəqibləri Andrey Gyurov və Georgi Kandev isə 39,007 faiz səs toplayıblar.

Nəticələr yerli vaxtla saat 23:00-a olan məlumata əsasən, seçki məntəqələrinin protokollarının 17,39 faizinin işlənməsindən sonra açıqlanıb.

Səslərin hesablanması davam edir.