BAKI, 7 oktyabr. TELEQRAF

Məkkə Sazişi yaxın günlərdə baxılması üçün Türkiyə parlamentinə təqdim ediləcək.

Teleqraf xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) sədrinin müavini Ömər Çelik deyib.

O bildirib ki, Məkkə Sazişi ilə bağlı proses artıq yekun mərhələyə çatıb:

"Məkkə Sazişi prosesi artıq yetkin mərhələyə çatıb. Əlbəttə ki, onun parlamentə təqdim edilməsi lazımdır. Bunun bir neçə gün ərzində baş verməsi gözlənilir. Parlament prosesi başa çatdıqdan sonra hüquqi çərçivə yaradılacaq. Məkkə Sazişi tamamlayıcı funksiya yerinə yetirir və digər dövlətlərin qoşulmasına açıqdır”, - deyə o qeyd edib.