BAKI, 1 oktyabr. TELEQRAF

"Bu gün Bakıda növbəti idman bayramıdır".

Teleqraf xəbər verir ki, bunu Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov Bakıda keçirilən üzgüçülük üzrə "İpək Yolu" Dünya Kubokunun açılış mərasimində deyib.

Nazir ölkəmizdə ilk dəfə təşkil olunan mötəbər yarışın əhəmiyyətini diqqətə çatdırıb:

“Azərbaycanda ilk dəfə üzgüçülük üzrə Dünya Kuboku baş tutacaq. Bizə göstərdikləri etimada görə Beynəlxalq Üzgüçülük Federasiyasına minnatdarlığımı bildirirəm. Həmçinin idmançılarımıza dəstək olan bütün azarkeşlərimizə təşəkkür edirəm”.