BAKI, 27 sentyabr. TELEQRAF
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının, üzv və tabe təşkilatların kollektivləri 27 Sentyabr - Anım Günü ilə əlaqədar Zəfər parkını ziyarət ediblər.
Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasından məlumat verilib.
"Vətənimizin müdafiəsi, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib, Zəfər abidəsi önünə gül dəstələri qoyulub", - qeyd edilib.