BAKI, 27 sentyabr. TELEQRAF
ABŞ Prezidenti Donald Trampın İranla bağlı mümkün addımların bütün variantlarını nəzərdən keçirdiyi bildirilib.
Teleqraf xəbər verir ki, bunu ABŞ-nin BMT-dəki daimi nümayəndəsi Mayk Uolts NBC News telekanalına müsahibəsində deyib.
Uoltsdan “The Wall Street Journal”ın Trampın ABŞ Konqresinə noyabr seçkilərindən sonra İrana qarşı zərbələri bərpa etmək imkanını nəzərdən keçirdiyi barədə məlumatını təsdiqləyib-təsdiqləmədiyi soruşulub.
Diplomat bu məlumatın anonim mənbələrə əsaslandığını bildirib. Onun sözlərinə görə, Tramp “dünyanın təhlükəsizliyini təmin etmək üçün bütün mümkün variantları” nəzərdən keçirir.
Qeyd edək ki, Tramp daha əvvəl İrana qarşı zərbələrin bərpası barədə hər zaman düşündüyünü bildirib.