Çin ümid edir ki, ABŞ və İran Yaxın Şərqdə sülhün tezliklə bərqərar olması üçün nüvə proqramı da daxil olmaqla hərtərəfli razılığa gələcəklər.

Teleqraf xəbər verir ki, bunu Çin sədri Si Cinpin Vaşinqtonda ABŞ prezidenti Donald Trampla görüşündə bildirib.

"Sinxua" xəbər agentliyi onun sözlərini sitat gətirib: "Çin ABŞ və İranın İslamabad Anlaşma Memorandumuna qayıtmasını dəstəkləyir və iki tərəfin mümkün qədər tez dialoqa və danışıqlara qayıdacağına və nəticədə nüvə məsələsi də daxil olmaqla hərtərəfli razılığa, eləcə də tezliklə sülhün bərqərar olmasına ümid edir " .