BAKI, 24 sentyabr. TELEQRAF

Çin hakimiyyəti iki ölkə arasında dostluğun simvolu olaraq ABŞ-yə iki panda göndərəcək.

Teleqraf xəbər verir ki, bu barədə Çin prezidenti Si Cinpin bildirib.

"Panda Çin və Amerika xalqları arasında dostluğun simvoludur və mənim sizə yaxşı xəbərim var. Bir neçə gündən sonra iki panda - Pinpinq və Fuşuanq - Atlanta Zooparkındakı yeni evlərinə gələcək və amerikalılarla görüşəcəklər", - deyə o, ABŞ prezidenti Donald Trampla danışıqlardan əvvəl Ağ Evdə bildirib.